Haqqımızda

“TTL” QSC şirkəti, 2009-cu ildən etibarən fəaliyyət göstərir.

Yarandığı andan şirkətimizin devizi məşğul olduğumuz sahələrdə tərəqqinin önündə getmək olmuşdur. Şirkətimiz inşaat, tikinti, memarliq, elektrik kommunikasiya və bu sahələrə bağlı bütün iş kompleksini əhatə edərək,layihələndirmədən başlayaraq,istismara təhvil mərhələsinə kimi bütün işləri icra edir.

Hal-hazirda, “TTL” QSC layihələrinin ən yüksək keyfiyyətini təmin etmək və bütün standartlara uyğun gəlməsi üçün, beynəlxalq inşaat sektoruna inteqrasiya edib, şirkətə xarici ölkələrdən mütəxəssislər cəlb edib.

Yüksək nizam-intizam, keyfiyyətli iş, işə vicdanlı yanaşma, əmkdaşlıq və inkişafla ayaqlaşma bizim iş prinsipimizin mahiyyətini təşkil edir.

“TTL” QSC şirkəti fəaliyyət göstərdiyi müddətdə Bakı şəhərində və Azərbaycanin rayonlarında müxtəlif təyinatlı obyektlərin, yaşayış massivlərinin elektrik, telekommunikasiya, video-güvənlik, havalandırma,mexaniki, su təchizati, kanalizasiya, isitmə, ventilyasiya, yanğınsöndürmə və s. sistemlərini layihələndirmiş və quraşdırmışdır.

Şirkətimizin əsas prinsipi, hər bir müştərimizə arzu, tələb və istəklərini nəzərə alan,keyfiyyət,qiymət və müqavilə şərtlərinin optimal uyğunluğunu təmin edən fərdi yanaşmadır. Biz layihələrdə görülən işlərdə maksimal məsuliyyətə, operativliyə və qərarların qəbulunda peşəkarlığa riayət edirik. Şirkətimizin hər bir müştərisi üçün biz münasib qiymətlərlə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli iş təklif edirik.

“TTL” QSC özünün yüksək ixtisaslı kadrlarına və güclü texniki bazasına güvənərək yüksək keyfiyyət və tez bir zamanda layihələrin və inşaatının yüksək formada həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur və hal hazırda bunu inamla həyata keçirməkdədir.

İşçilərimiz hər biri öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir.Bizim mühəndislərimiz, layihə mütəxəssislərimiz müasir dizayn növləri üzrə geniş portfolio yiğa bilmişlər.

“TTL” QSC inşaat-layihə şirkəti layihələrin eskiz, texniki, layihə və işçi mərhələlərini və bütün bölmələrini həyata keçirir. Şirkətin portfoliosuna dövlət obyektləri ilə bərabər bir sıra özəl obyektlər də daxildir.

Şirkətin qarşılıqlı əməliyyatlar apardığı müəsissə , təşkilatlarla və müvafiq Dövlət orqanları ilə heç bir mübahisəsi yaranmamış, eyni zamanda müəssisənin heç bir məhkəmə çəkişməsi olmamışdır.